Bazar , Noyabr 17 2019
Ana səhifə / Siyasət / ANS-in təsisçiləri yeni televiziya aça bilər – MTRŞ-dan açıqlama

ANS-in təsisçiləri yeni televiziya aça bilər – MTRŞ-dan açıqlama

“Milli Televiziya və Radio Şurası tender elan edərsə, o zaman Vahid Mustafayev həmin tenderdə başqa bir adda media qurumu açmaq üçün iştirak edə bilər”.

Bunu AzNews.az-a açıqlamasında qurumun Texniki Nəzarət Şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, elan olunan tenderdə qanunla hər kəs iştirak edə bilər: “Buna televiziya qanunları yol verir”.

İ.Məmmədov vurğulayıb ki, ANS televiziyasının hazırda boş qalan yayım tezliyi ilə bağlı tenderin elan olunması gözlənilmir: “Bunun üçün ilk növbədə reklam bazarı öyrənilməlidir. Çünki televiziyaların qazancı reklam bazarından gəlir. Reklam bazarı öyrəniləcək, əgər təlabat olarsa onda açmaq qərarı veriləcək. Əgər açılıb qazanc gətirməyəcəksə, yenidən bağlanacaqsa, bu, tamaşaçıya yaxşı təsir etməz”.

Həmçinin oxuyun

Salome Zurabişvili: “Azərbaycan və Gürcüstan xalqlarını yaxın dostluq əlaqələri birləşdirir”

“Gürcülər və azərbaycanlılar fərqli dinlərə məxsus xalqlar olsalar da bizi yaxın dostluq əlaqələri birləşdirir”. APA-nın …

Bir cavab yazın