Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Azərbaycan Konstitusiyasına təklif edilən düzəlişlər qanunun aliliyinə söykənir” – ATƏT-də xüsusi məruzə

“Azərbaycan Konstitusiyasına təklif edilən düzəlişlər qanunun aliliyinə söykənir” – ATƏT-də xüsusi məruzə

Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

“Qanunun aliliyi” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklik və düzəlişlər barədə xüsusi məruzə ilə çıxış edib və ATƏT nümayəndələrinə hüquqi izahat verib. Referendum Aktının layihəsində nəzərdə tutulan düzəlişlərin qanunun aliliyinə söykəndiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov konkret maddələr üzrə izahat verərək, nəzərdə tutulan dəyişikliklərin Azərbaycan xalqının maraqlarına cavab verdiyini və Azərbaycanı bir dövlət olaraq, daha güclü edəcəyini deyib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın