Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / AMEA-nın səlahiyyəti artdı: alimlərə əlavə pul veriləcək

AMEA-nın səlahiyyəti artdı: alimlərə əlavə pul veriləcək

Bu il Azərbaycanda qəbul edilən “Elm haqqında” qanuna əsasən dövlət ali elm mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) bir çox yeni səlahiyyət verilib.

 

APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, akademiyaya elmi-tədqiqat istehsalı müəssisəsi, təhsil qurumu, laboratoriyalar, elmi mərkəzlər yaratmaq imkanı verilib. Onun sözlərinə görə, alimlər innovasiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanacaqlar: “Qanunla AMEA-ya elmi ekspedisiyalara nəzarət etmək funksiyası AMEA-ya verilib. İndiyədək isə AMEA elmi ekspedisiyalar təşkil edirdi, ona nəzarəti Mədəniyyət və Turizm Nazirliyi həyata keçirirdi. Ekspedisiyalarla bağlı hesabatlar da digər qurumlara verilirdi”.

 

İ. Həbibbəyli qeyd edib ki, qanuna ilk dəfə olaraq elmi rütbə anlayışı daxil edilib. Elmi dərəcəsi olanlarla yanaşı, elmi adları olanlara da əlavə vəsaitlər ödəniləcək. Onun sözlərinə görə, qanunda Tədqiqat Universitetinin yaradılması əks olunub: “Bəziləri hesab edirlər ki, yeni ali məktəblər açılacaq. Bu, belə deyil. Tədqiqat mərkəzləri çox olan ali məktəblərə tədqiqat universiteti statusu veriləcək. Tədqiqat universiteti statusunun verilməsi meyarlarını AMEA müəyyənləşdirəcək”.

Həmçinin oxuyun

Xalq Cəbhəsini yaradanlar onu partiyalara bölüblər – siyahı

Bir təşkilatın sırasından neçə partiya meydana gəldi Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 30 il keçdi. …

Bir cavab yazın