Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Siyasət / AMEA-da ağıldankəm alimlər də varmış…

AMEA-da ağıldankəm alimlər də varmış…

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub. Bəzi alimlər müqavilədə göstərilən şərtlərə əməl olunmadığını deyirlər. Modern.az saytı bir neçə gündür ki, baş qaldıran narazılıqlarla bağlı AMEA-nın rəsmi mövqeyini öyrənməyə çalışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli saytımıza açıqlamasında deyib ki, narazılıqların əsası yoxdur.

“AMEA mənzil bölgüsü zamanı ilk növbədə ciddi ehtiyacı olan elmlər doktoru və elmlər namizədlərinə üstünlük verib. Bu da sənədlərdə öz təsdiqini tapıb.

Qaldı ki, mənzil məsələsində narazılığa, bunu araşdırmaq lazımdır. Çünki mənzil davası edənlərin hamısı ağıllı deyil ki! AMEA-da ümumi prinsiplər əsas götürülür. Real stajı, ehtiyacı olan, yataqxanada yaşayan elmlər doktoru və elmlər namizədinin hamısı ev alıb. Konkret bir-iki adamın narazılığı barədə dəqiq məlumat bilmirəm. Hesab edirəm ki, AMEA-nın prinsipləri doğrudur”.

Qeyd edək ki, alimlərə mənzil verilməsi AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqavləyə əsasən həyata keçirilib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

Həmçinin oxuyun

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat …

Bir cavab yazın