Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Aktyorlar xalq artistini məhkəməyə verir – Əxlaqsızlıq ittihamı…

Aktyorlar xalq artistini məhkəməyə verir – Əxlaqsızlıq ittihamı…

ODA Teatrı Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məliki məhkəməyə verir.

“ Azinforum.az ” ın aznews.az-a istinadən məlumatına görə, Bbuna səbəb aktyorun ODA teatrını əxlaqsızlıqda suçlamasıdır. O, bir müddət əvvəl mətbuata açıqlamasında bildirb ki, ODA milli әxlaqdan, tәrbiyәdәn, mәnәviyyatdan uzaq olan, gәnclәr arasında әxlaqsızlıq toxumu sәpәn bir teatrıdır:

“Mən bu teatrı qәbul edә bilmәrәm. Mütlәq sәhnәdә lüt qızlar, oğlanlar olmalıdır? Sәnin bacın vә ya qohumun olan bir gәnc qızı sәhnədә o cür görmәk sәnә xoş gәlәr? Ayaz Salayevә gәlәr! Çünki o qrupun idioluqudur”.

Oda Teatrının rəhbəri Elmin Bədəlov açıqlamasında R.Məlikin onları bununla ikinci dəfədir ki, təhqirlər etdiyini bildirib:

“Biz ona qarşı həmişə tolerant yanaşmışıq. Lakin Xalq artistinə yaraşmayan ifadələri ilə tez-tez teatrın imicini ləkələməyə yönəlik açıqlamalar verir, bizə böhtan atır. Bu belə davam edə bilməz. Ramiz Məliki məhkəməyə verəcəyik. Bu da bizim haqqımızdır. Əgər üzr istəməsə, fikrimizdən dönən deyilik”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın