Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / ABŞ-ın erməni diasporundan Anait Sinanyan Bakı deklarasiyasını imzaladı

ABŞ-ın erməni diasporundan Anait Sinanyan Bakı deklarasiyasını imzaladı

Dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.

Virtualaz.org xəbər verir ki, A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.

Ermənistanın və erməni diasporunun digər bir çox ictimai fəalları kimi, A.Sinanyan da Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyib. Fəal vətəndaş diplomatiyasının inkişafı üçün əlindən gələni etməyə hazırdır.

Yaxın saatlarda virtualaz.org A.Sinanyanın eksklüziv müsahibəsini diqqətinizə çatdıracaq.

***

Anait Sinanyan Ermənistandakı siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşkil edilmiş aksiyada

Həmçinin oxuyun

Rus icmasından Azərbaycan Ordusuna dəstək verildi –FOTOLAR

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib. Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub. …

Bir cavab yazın