Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Abituriyentlərin diqqətinə: – Dövlət İmtahan Mərkəzi ərizə qəbulunun müddətini bir gün uzatdı

Abituriyentlərin diqqətinə: – Dövlət İmtahan Mərkəzi ərizə qəbulunun müddətini bir gün uzatdı

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.
Dövlət imtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.
mia.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın