Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / 7 manatlıq dərman 61 manata satılır…- Qərardan əvvəl və sonrakı qiymətlər

7 manatlıq dərman 61 manata satılır…- Qərardan əvvəl və sonrakı qiymətlər

Xəbər verdiyimiz kimi, dünən Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib.

Qafqazinfo” Azadliq Radiosuna istinadən xəbər verir ki, həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək.

Qiymətlərə nəzər salanda hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görülür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq. Qiyməti 7 manat müəyyən edilmiş Ukrayna istehsalı olan “Proneyro” 51-61 manata, yaxud Argentina istehsalı olan “Qaston” preparatı apteklərdə 13-17.50 manata satılır. Tarif Şurası “Qaston”-un pərakəndə satış qiymətini 1 manat 50 qəpik məbləğində müəyyənləşdirilib və s.

Ümumilikdə, ən çox qiymət fərqi Macarıstan, Kipr, Misir və Argentina istehsalı olan dərmanlarda özünü göstərib. İtaliya və Almaniya kimi iri əczaçılıq məhsulları istehsal edən ölkələrin dərman vasitələrinin qiymətində nisbətən az dəyişiklik baş verib.

Dərmanlarını siyahısı ilə buradan tanış ola bilərsiniz

Həmçinin oxuyun

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa …

Bir cavab yazın