Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / 246 namizəd seçkiyə qatılmaqdan imtina etdi

246 namizəd seçkiyə qatılmaqdan imtina etdi

“Oktyabrın 13-ə olan məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb”.

Azinforum.az  APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədrinin söylədiklərindən belə məlum olur ki, deputatlığa namizədliyi qeydə alınmış şəxslərin 246-sı namizədliyini geri götürüb. Məzahir Pənahov bildirib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır: “Çünki bu, seçiciləri də çaşdırır: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.

Xatırladaq ki, indiyədək Azərbaycanda keçirilən heç bir seçkidə bu qədər namizədlər öz namizədliyini geri götürməmişdi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın