Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / 11 ayın sultanı Ramazan başlayır – TƏQVİM

11 ayın sultanı Ramazan başlayır – TƏQVİM

Bu gecədən etibarən İslam dünyasında Ramazan ayı başlayır.
Azinforum.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, bu gün niyyət axşamıdır və sabah artıq Ramazanın ilk günü hesab olunacaq.

Bu gün niyyət axşamı isə müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın