Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Əziz Əzizov öz rayonuna göndərilə bilər

Əziz Əzizov öz rayonuna göndərilə bilər

Dünən preizdent İlham Əliyevin sərəncamı ilə Cəbrayılın icra başçısı Mahmud Quliyevlə Laçının icra başçısı Akif Səlimovun vəzifələrindən azad olunması digər icra başçıları üçün siqnaldır.

Bu məlumat Mia.az-a informasiyalı qaynaqdan daxil olub.

Onun sözlərinə görə, Novruz bayramına qədər daha bir neçə ica başçısı da vəzifəsini itirəcək: “Artıq Cəlilabadın icra başçısı Əziz Əzizovla bağlı məsələ də həll edilmiş sayılır. O, Cəlilabadın icra başçısı vəzifəsindən azad ediləcək”.

Məlumatda bildirilir ki, Əziz Əzizovun doğulduğu rayonun – Cəbrayılın icra başçısı təyin olunacağı gözlənilir. Cəlilabada isə cənub rayonlarından birinin icra başçısı gətiriləcək.

Məlumatlı şəxs deyir ki, Laçının icra başçısı postuna da yerli vəzifəli şəxslərdən birinin gətirilməsi gözlənilir: “Artıq bu rayonla bağlı bir neçə namizədlə proflaktik söhbət aparılıb”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın