Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Əli Kərimlinin yaxın adamı türmədən prezidentə müraciət etdi

Əli Kərimlinin yaxın adamı türmədən prezidentə müraciət etdi

AXCP-nin Sumqayıt təşkilatının sabiq sədri YAP-a keçdi; İsa Qurbanov: “İndən sonra YAP sıralarında fəaliyyət göstərmək arzusundayam”

İki il AXCP Sumqayıt şəhər təşkilatının sədri olan İsa Qurbanov həbsxanadan prezident İlham Əliyevə müraciət edib. Onun ailə üzvləri həmin müraciətin bir nüsxəsini də  “Yeni Müsavat”a yollayıblar. 
İsa Qurbanov müraciətində Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun sifarişi ilə həbs olunduğunu yazıb. O, bildirib ki, Süleyman Nemətov onun rəhbərlik etdiyi “Dikdaş-İnşaat” MMC-nin fəaliyyəti ilə bağlı ona təzyiqlər edərək rüşvət tələb edib.
İ.Qurbanov müraciətində qeyd edir ki, həbsinin səbəbi kimi Astara rayonunun Ərçivan bələdiyyəsi ilə bağladığı müqavilə üzrə gördüyü işləri yerinə yetirməməsi və ödəniş etməməsi göstərilir. Bu iddiaları rədd edən İ.Qurbanov Ərçivan bələdiyyə sədri İradə Rzayevadan onun əleyhinə təzyiqlə izahat alındığını bildirib.
Prezidentə müraciət edən İ.Qurbanov AXCP-dəki fəaliyyətinə görə peşman olduğunu, bundan sonra YAP sıralarına qoşulmaq istədiyini bildirib.
Hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) zirzəmisində saxlanılan İsa Qurbanov müraciətdə bildirir ki, bu ilin 17 martında həbs edilib. O, daha sonra deyib:
“Möhtərəm Prezident!
 
Siz bütün çıxışlarınızda hər bir Azərbaycan vətəndaşının hüquqlarının qarantı olduğunu bildirmisiniz. Azərbaycanın hüquqi və demokratik bir dövlət olduğunu dönə-dönə vurğulamısınız. 2002-ci ildə atanız, məhrum prezident Heydər Əliyev DİN-in İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsini ləğv etdi, sahibkarlara geniş şərait yaratdı.
İndi mənim hüquqlarım Sumqayıt ŞPİ-nin rəis müavini Süleyman Nemətov və DİN-in MCQMİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Murad Quliyev tərəfindən kobud şəkildə pozulub. Hətta, Süleyman Nemətov 02.07.2015-ci ildə gecə saat 2 radələrində mənim mənzilimə öyrətdiyi xüsusi adamları vasitəsilə silah qoymaq istəyib. Ancaq ailəmin sayıqlığı nəticəsində buna nail ola bilməyib. Sizdən bir Azərbaycan vətəndaşı olaraq xahiş edirəm ki, pozulmuş hüquqlarımı bərpa edəsiniz və hüquqlarımı kobud şəkildə pozmuş Süleyman Nemətovun və Murad Quliyevin cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verəsiniz.
Möhtərəm Prezident!
Biz böyük ailəmizlə birlikdə (cəmi 73 nəfər) daim Sizin siyasətinizi dəstəkləmiş və müdafiə etmişik. Ailəmizin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mən özüm də uzun müddət mərhum prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin və Sizin siyasətinizi, ölkəmizdə apardığınız yenidənqurma işlərini bəyənmiş, həmişə sizin uzaqgörən siyasətinizlə fəxr etmişik.
 
Ötən ay Azərbaycanda keçirilən 1-ci Avropa Oyunları zamanı tələbə olan övladlarım könüllü olaraq ölkəmizə gələn idmançılarımıza və turistlərə xidmət göstərmişlər.
Mən özüm son iki ildə siyasi səhvə yol verərək ölkəmizdə qaragüruhçuluqla məşğul olan, qolçomaqlıq ideyası ilə fəaliyyət göstərən AXCP kimi ləyaqətsiz bir partiyanın üzvü və Sumqayıt şəhər təşkilatının sədri olmuşam. Lakin sonradan hiss etdim ki, AXCP rəhbərliyi bir dəfə də olsun, nə mənimlə, nə də ailəmlə maraqlanmayıb, həbsimdən özlərinin yaramaz siyasi məqsədləri üçün istifadə etmək istəyiblər. Ancaq həbsimi ictimailəşdirmək istəsələr də nə mən, nə də ailəmiz buna yol verməmişlər.
 
Mən bu qaraguruhçuların sırasında olmağıma peşman olduğum üçün 19 may 2015-ci il tarixdə vəkilim vasitəsilə bəyanat verərək istefa vermiş və partiya sıralarından çıxmışam. Həmin bəyanatın tam mətni 21 may 2015-ci il tarixdə avropa.info saytında yayımlanıb”. 
Bəyanatda daha sonra deyilir: “Bundan sonrakı fəaliyyətimi YAP-ın sıralarında görürəm, çünki YAP-ın ölkəmizdə apardığı siyasətin, xalqımızın rifah halının yüksəldilməsində göstərdiyi fəaliyyətin, ölkəmizdə gedən abadlıq və quruculuq işlərinin, doğma Qarabağın azad olunması uğrunda prezidentimizin apardığı məqsədyönlü siyasətin şahidi oluram. Prezidentimizin yürütdyü ağıllı və düşünülmüş siyasətini bəyənir və dəstəkləyirəm. Ona görə də bundan sonra möhtərəm prezidentimizin apardığı müdrik siyasətə kömək məqsədilə YAP-ın sıralarında fəaliyyət göstərmək arzusundayam”.
 
Qeyd edək ki, AXCP rəhbərliyi İ.Qurbanovun partiya sıralarından uzaqlaşdırılmasının səbəbi kimi onun kriminal fəaliyyətini göstəriblər.
Bu sılkada İsa Qurbanovun yaxın zamanlara qədər təşkilatın sədri olduğu ortaya çıxır.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın