Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya hərbi gəmiləri Bakıya gəldi

Rusiya hərbi gəmiləri Bakıya gəldi

Rusiya Xəzər Dəniz Donanmasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin bu gün Bakıya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın