Bazar , Sentyabr 15 2019
Ana səhifə / Siyasət / Ələnmə prosesi Vergilər Nazirliyinə çatdı – Yeni kadr dəyişiklikləri olub

Ələnmə prosesi Vergilər Nazirliyinə çatdı – Yeni kadr dəyişiklikləri olub

Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib. Nazirlikdən verilən məlumata görə, Vergilər naziri Fazil Məmmədovun əmri ilə dəyişikliklər Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyini əhatə edib.

Belə ki, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov vəzifəsindən azad edilərək Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi təyin edilib.

Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov isə Bakı Vergilər Departamentinin rəisi təyin edilib.

Vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini təyin edilib.

Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev isə Bakı Vergilər Departamenti rəisinin müavini təyin olunub.

Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın