Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Siyasət / Əhliman Əmiraslanov dəyişikliklər etdi, elm adamlarına yeni vəzifə verildi – SİYAHI

Əhliman Əmiraslanov dəyişikliklər etdi, elm adamlarına yeni vəzifə verildi – SİYAHI

Bu gün AMEA Rəyasət Heyətinin binasında Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.

AMEA-dan Mia.az-a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbiri giriş nitqi ilə açaraq akademik Ədilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidentinin alimə təbrik məktubu ünvanladığını xatırladıb. Akademik Ədilə Namazova öz növbəsində ona və Azərbaycan elminə göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.

Sonra akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev “Narkotik asılılığın korreksiyasının yeni immünokimyəvi üsulu”mövzusunda elmi məruzə ilə çıxış edib. Arif Mehdiyev çıxışında narkotik asılılığın dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, narkotik asılılıq insanın mənəvi aləmini tükəndirir və sosial baxımdan təhlükəli şəxsiyyətə çevirir.

Daha sonra AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə müvafiq strukturların yaradılması haqqında” və “AMEA-nın Elm Tarixi Muzeyinin yaradılması haqqında”qərarlarından irəli gələn məsələlər müzakirə olunub. Ümumi yığıncağın qərarı ilə AMEA Mərkəzi Nəbatat Bağında İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Tədbirdə II Azərbaycan Elm Festivalının keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarından irəli gələn bir sıra məsələlər müzakirə olunub.

İclasda AMEA Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilovaya yubileyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı təqdim edilib. Fiziologiya İnstitutunun Neyrofiziologiya laboratoriyasının rəhbəri, b.ü.e.d. Zakir Məmmədova isə 70 illik yubileyi  ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanının təqdim edilməsi haqqında qərar verilib.

Daha sonra bir sıra kadr məsələləri müzakirə olunub.

Akademik İradə Hüseynovanın AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə ictimai əsaslarla rəhbərlik etməsi haqqında qərar verilib.

Biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA Zoologiya İnstitutunun elmi katib vəzifəsinə təyin edilib.

Bundan əlavə, biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinova Zoologiya İnstitutunun Təhsil şöbəsinin, Şahzadə Mədətova isə institutun İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib.

Sonda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi müavinləri və Büro üzvləri seçilib.

 

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın