Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Rayonlarda analoq yayım dayandırılacaq – 20 min dekoder lazım olacaq

Rayonlarda analoq yayım dayandırılacaq – 20 min dekoder lazım olacaq

“30 rayonda aparılan sorğunun nəticələrinə görə rayon əhalisinin 7,4%-i yerüstü TV yayımını izləyir. Təxmini hesablamalara əsasən rayonlarda 1 mln-dan bir qədər artıq televizor var. Onların 7,4%-i, 74 000-i yerüstü yayım üçün istifadə olunur. Belə çıxır ki, rayonlarda dekabrın 20-nə qədər təxminən 20 000 dekoder lazım ola bilər”.
Mia.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. Dekabrın 1-dən başlayaraq əvvəlcə 8 şimal rayonunda analoq yayımın dayandırılacağını xatırladan şöbə müdiri bildirib ki, rayonlarda ümumilikdə 300-dən çox TV vericisi söndürüləcək.
“Dəqiq hesablamaq çətin olsa da, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən təxminən 1,5 meqavat yükün azalacağını təxmin etmək mümkündür” – deyə İ. Məmmədov qeyd edib.
Qeyd edək ki, regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın I mərhələdə – 1 dekabr 2016-cı il tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, II mərhələdə – 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə – 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.
Xatırladaq ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın