Ana səhifə / Siyasət / “Siz ermənilərə, mən ruslara nifrət edirəm” – Ukraynalı kolleksiyaçı

“Siz ermənilərə, mən ruslara nifrət edirəm” – Ukraynalı kolleksiyaçı

Avropanın bir çox ölkələrində olub. Növbəti səfəri isə Azərbaycanadır. Daha doğrusu bu ölkəmizə 3-cü gəlişidir. Bu dəfə “Qəbələ” üçün Bakıya təşrif buyurmuşdu.

Həmyerlisi Roman Qriqorçukun komandasının “Anderlext”ə qarşı keçirdiyi oyuna baxacaq və məqsədi bu matç üçün hazırlanmış proqramı yığdığı kolleksiyaya əlavə etməkdir.

Köhnə qitənin şəhərlərini qarış-qarış gəzən Vladimir Xoroşilov 3-cü dəfədir paytaxtımızı görməyə gəlir. İlk dəfə SSRİ çempionatında mübarizə aparmış “Neftçi” üçün bura gələn ukraynalı “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Ukrayna “Denpr”inə qarşı keçirdiyi matçın da canlı şahidi olub.
Qəbələ”nin 1:3 hesablı məğlubiyyətini də “Bakcell Arena”da canlı izləyən Xoroşilov 30 ildir ki, bu işlə məşğuldur:

“30 ildir ki, proqram yığıram. SSRİ dövründən buna başlamışam. Çox maraqlıdır. Futbolu sevirəm. Amma oynaya bilmədim, məşqçi olmadım və özümü futbolun içində belə gördüm. Avropada gəzmədiyim çox az ölkə var. Məsələn, Albaniya, Makedoniya, Danimarka. Maksimum 4-5 ölkədə olmamışam. Köhnə qitənin əksər ölkələrini gəzib proqramları yığmışam. Bu dəfə “Qəbələ” üçün gəldim. Komandada kifayət qədər həmyerlilərim olsa da, onların heç biri ilə münasibətim yoxdur. Sadəcə praqramı götürməyə gəldim. Bu gün (noyabrın 24-ü olub söhbət) Bakıya gəldim. Təyyarə ilə gəldim və oyundan dərhal sonra da vətənimə qayıdacam”.

Vladimir “Qarabağ”ın 2 il öncə Avroliqanın qrup mərhələsində “Dnepr”ə qarşı keçirdiyi oyunlardan sonra Azərbaycan futbolu haqqında maraqlanmağa başladığını bildirib: “Mən Azərbaycan futbolu haqqında bilsəm də, son illərdə Avropa Liqasında uğurlu çıxışınızdan xəbərdar deyildim. 2014/2015-ci il mövsümündə “Qarabağ” “Dnepr”lə eyni qrupda yer almışdı. Özüm də bu Dnepr təmsilçisinin azarkeşiyəm. Qurban Qurbanovun komandası bizi Kiyevdə 1:0 hesabı ilə udmuşdu. Həmin matçdan sonra Bakıya gəlməyə qərar verdim. 1 il sonra ÇL-də “Seltik”ə qarşı keçirdiyi matçda Tofiq Bəhramov adına Respublika stadionunda idim”.

Həmsöhbətimiz Azərbaycan futbolunda azarkeşlərin az olmasından təəssüfləndiyini bildirib: “10 il öncə burada futbol adına heç nə yox idi. Amma indi iki klub Avropa Liqasında oynayır. Sadəcə azarkeşlərin stadiona az gəlməsini anlamıram. “Qəbələ”nin “Anderlext”ə uduzduğu matçda cəmi 2000 tərəfdar ancaq olardı. Nə olsun ki, komandanın şansı bitib? Gəlmək lazımdır. “Dnepr”in stadionu 16 min adam tutur. Amma hər matç dolur. İnsanlar komandalarını sevirlər”.

Xoroşilov indiyə kimi Ermənistanda da olmadığını gülə-gülə deyir. Düşmən ölkənin adı çəkilərkən sərt reaksiyamızı görən ukraynalı söhbətinə belə davam edir: “Mən Ermənistanda olmamışam. Onsuz da bu ölkə özü də, futbolu da pis gündədir. Uğurları da yoxdur ki, gedim. Ermənilərlə sizin aranızdakı problemi bilirəm. Sizi də gözəl anlayıram. Çünki ermənilərə nifrət etdiyiniz qədər biz də ruslara nifrət edirik. Onlar Ukraynanı işğal etmək istədilər. Krım bizimdir. Rəsmi rəqəmlərə görə həmin döyüşlər zamanı 9 min ukraynalı öldü. Qeyri-rəsmi isə sayı hesabı yoxdur. Ruslar da az itki vermədi. Gəbərsinlər!”.

Ukrayna qızları ilə bağlı zarafatımıza xeyli gülən Vladimir azərbaycan qızlarının gözəlliyinə heyran olduğundan ağızdolusu danışdı: “Azərbaycan qızları da gözəldir. Bilirəm ki, ukrayna qızları haqqında hə yerdə eyni fikir yaranıb. Amma sizin ölkənizdə o qədər gözəl qızlar var ki…”

Yenidən futbola qayıdırıq. Xoroşilov bu gün Azərbaycan və Ukrayna futbolunda, azalan maliyyənin günahını Rusiyada görüb: “Keçmiş MDB ölkələrində yaranan krizisin günahı Rusiyadadır. ABŞ-la münasibətlərini yaxşılaşdırsa, hər şey fərqli olacaq. Azərbaycan futbolunda indi maliyyə azdır. Elə Ukraynada da. “Dnepr” bütün yaxşı futbolçularını məcbur olub satdı. Yevgeni Seleznyev, Yevgeni Konoplyanka, Matteus, Nikola Kaliniç başqa komandalara keçdi. Kaş ki, belə olmasaydı…”

Roman Qriqorçuk haqqında danışan Vladimir onun Ukraynada da çox sevildiyindən söz açıb: “O, Ukraynada da çox sevilir. “Çernomorets”i Avropa Liqasının 1/16 finalına qədər daşımışdı. Çox güclü məşqçidir. Ona hörmətimiz var”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın