Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi – FOTOLAR

Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi – FOTOLAR

Aprelin 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdə şəhid olan zabitimiz Qabil Orucəliyevin yeni doğulan övladına onun adı verilib.
Bu məlumatı musavat.com-a şəhidin yaxınları veriblər.
Mart ayının sonlarında dünyaya gələn şəhid oğlu atasının adını daşıyacaq. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Balaca Qabil şəhid oğlu kimi atasız böyüyəcək.
Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq, onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.


Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın