Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi – Rəsmi

Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi – Rəsmi

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.

Moderator.az xəbər verir ki, bu barədə trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafovun qurumun Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur. Azərtac-ın məlumatına görə, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın