Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / Hökumətdən orduyla bağlı qərar – Hərbi hissələrin nəzdində yeni qurumlar yaradılıb

Hökumətdən orduyla bağlı qərar – Hərbi hissələrin nəzdində yeni qurumlar yaradılıb

Azərbaycandakı hərbi hissələrin şəxsi heyətinin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb.
Bu barədə Nazirlər Kabinetinin 2016-cı ilə dair hesabatında qeyd edilib. Qeyd edək ki, son illər Azərbaycan Ordusunda bəzi qidalar rasiondan çıxarılıb, onlar milli yeməklərlə əvəzlənib.
Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normaları 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti tərəfidnən təsdiq edilib.
Bu siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 24-ə çatır(modern.az).

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın