Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Ermənistanın hərbi sahəsindəki dərəbəylik sübut olundu

Ermənistanın hərbi sahəsindəki dərəbəylik sübut olundu

Yerevanın Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyalı birinci məhkəməsində 19 yaşlı kursant Aykaz Barseqyanın ölümü ilə bağlı açılan cinayət işinə baxılıb. Modern.azErmənistan KİV-nə istinadən bildirir ki, Barseqyanın xidmət yoldaşı Arşak Martirosyan onu ələ saldığını etiraf edib.

Bundan sonra ictimai müdafiəçi Ayk İsraelyan iclasın təxirə salınması haqda vəsatət qaldırıb. Onun vəsatəti təmin olunaraq məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.

Yanvarın 29-da yerli vaxtla 06:35-də Yerevandakı Vazgen Sərkisyan adına hərbi institutun idman meydançasındakı turnikdə Aykaz Barseqyanın asılmış meyiti aşkarlanıb.

Bu faktla bağlı qaldırılan cinayət işinə görə onun kursant yoldaşları Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan, Norik Saakyan, eləcə də institutun zabiti, kapitan Artyom Avetisyan həbs ediliblər.

Ermənistanın hərbi sahəsindəki dərəbəyliyi sübut edən bu olaydan sonra adışəkilən institutun rəhbərliyi də istefa verib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın