Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / Erməni tankçı: “Aprel döyüşlərində çoxlu dostlarımı itirdim”

Erməni tankçı: “Aprel döyüşlərində çoxlu dostlarımı itirdim”

“Bu dörd günlük müharibəni unutmaq mümkün deyil” .

Bu sözləri erməni mətbuatına açıqlamasında iyirmi yaşlı erməni tanqçı Artur Qreyan deyib.

“Aprel müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak etdim və orada bir çox dostlarımı itirdim. O vaxtdan hər gün onlar haqqında düşünürəm. Aprel döyüşləri yaddaşımda elə bir iz buraxdı ki, həyatım boyu bu müharibəni unuda bilmərəm. Bu dörd günlük müharibəni unutmaq mümkün deyil.

Aprel döyüşlərində bir çox dostlarımla bərabər öz tağım komandirim baş-leytenant Beniyamin Oqeyanı, mexanik və tank sürücüsü Tiqran Abqaryanı və perator-tuşlayıcı Vladimir Alixanyanı itirdim. Mən onların hamısını ürək ağrısı ilə xatırlayıram”.

Qondarmaq Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan aprel döyüşlərindəki iştirakına görə Artur Qreyanı “İgidliyə Görə” medalı ilə təltif edib.

Görünür Azərbaycan ordusu ermənilərə dörd gün ərzində elə dərs verib ki, erməni tankçı bunu özü etiraf etməyə məcbur olub. Bu hələ harasıdır, günü-gündən güclənən ordumuz erməniləri bundan da ağır itkilər verməyə məcbur edəcək. (Moderator.az)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın