Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Müsahibə / Raket-Artilleriya Qoşunları hazır vəziyyətə gətirildi

Raket-Artilleriya Qoşunları hazır vəziyyətə gətirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunalarının hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.

“Azərbaycan Ordusu” qəzetinin verdiyi xəbərə görə üç gün davam edən təlimdə müasir qurğulardan, texniki vasitələrdən istifadə olunub.

Təlimə həsr olunan toplantıda çıxış edən Raket-Artilleriya Qoşunlarının komandanı general-mayor Zahid Hüseynov bildirib ki, artileriya qüvvələri bütün dövrlərdə Silahlı Qüvvələrin döyüş qabliyyətinin güclənməsində əhəmiyyətli rol oynayıb.

“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, Müdafiə Nazirliyi rəhbərliyinin təşkilatçılığı ilə raket-artilleriya hissələrimiz də müasir dövrün tələbləri səviyyəsində qurulub və döyüş vasitələri ilə təmin olunub. Qarşımızda duran əsas məsələ isə işğal altında olan torpağlarımızın düşməndən azad edilməsidir. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət davam etdirilir. Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə böyük diqqət yetirilir”, – deyə Z. Hüseynov qeyd edib.

General xatırladıb ki, Azərbaycan xalqının və ordusunun yenilməzliyini bütün dünyaya nümayiş etdirən aprel döyüşləri Silahlı Qüvvələrimizin işğal altında olan torpaqları azad etmək iqtidarında olduğunu bir daha sübuta yetirdi.

“Həmin döyüşdə arilleriyaçılarımız düşmənə sarsıdıcı zərbələrin vurulmasında fədakarlıqla iştirak etdilər. Keçirilən bu təlimlər ordumuzun gücünün, qüdrətinin artırılmasına xidmət edir. İnanıram ki, bu dəfə də artilleriyaçılarımız bilik və bacarıqlarını, döyüş hazırlıqlarını nümayiş etdirəcəklər”, – deyə Z. Hüseynov əlavə edib.

Həmçinin oxuyun

SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI: “Mən ona rəsmi məlumat vermişdim” – MÜSAHİBƏ

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına rəhbərlik …

Bir cavab yazın