Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Müsahibə / “Mən bu saat Qarabağdan gəlirəm, ön xəttdə iş qaynayır…”

“Mən bu saat Qarabağdan gəlirəm, ön xəttdə iş qaynayır…”

Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların 5-nin Azərbaycana qaytarılmasını nəzərdə tutan “Lavrov planı”, yaxud “Putin planı” ətrafında spekulyasiyalar davam edir. Bir sıra ekspertlər iddia edirlər ki, hakimiyyət ərazilərin qaytarılmasına razılıq verib və hətta bütün strukturlara bu istiqamətdə hazırlıqlara başlamaq barədə təlimat göndərilib.

Virtualaz.org xəbər verir ki, erməni hərbi ekspert Karen Vrtanesyan təmas xəttinə baş çəkəndən sonra ərazilərin qaytarılmasına hazırlıqla bağlı deyilənlərin daha çox “siyasi spekulyasiya” olduğunu bildirib.

“Mən Qarabağdan bir neçə saat əvvəl qayıtmışam, ön xətdə iş qaynayır, hər şey çox fəal şəkildə möhkəmləndirilir, yeni avadanlıqlarla təchiz olunur. Və bütün bunların fonunda ərazilərin qaytarılmasına dair hansısa anlaşmaya dair deyilənlər həqiqəti əks etdirmir…Ciddi dəyişikliklərdən danışmaq hələ çox tezdir”-Vrtanesyan “Aravot” qəzetinə bildirib.

Xatırladaq ki, bundan əvvəl də ermənilərin təmas xəttindəki mövqelərini möhkəmləndirdikləri, bütün postlara gecəgörmə cihazları və videomüşahidə sistemləri yerləşdirdiyi haqda danışılırdı.

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …

Bir cavab yazın