Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Müsahibə / Keçmiş səhra komandirləri batalyon yığıb Azərbaycanı hücumla hədələyir

Keçmiş səhra komandirləri batalyon yığıb Azərbaycanı hücumla hədələyir

Qarabağda aprelin əvvəllərində gedən 4 günlük müharibə və bunun ardınca başlayan danışıqlar prosesi Sərkisyanı hakmiyyətinə qarşı silahlı qiyam hədələrinin artmasına gətirib çıxarıb.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, hazırkı hakimiyyətə müxalifətdə olan bir sıra keçmiş səhra komandirləri, yaxud başıpozuq erməni yaraqlı dəstələrinin döyüşçüləri apreldə itirilmiş əraziləri geri qaytarmaq üçün “döyüşə başlamağa hazır olduqlarını” bəyan edir.

Belə bəyanatla “Təsis yığıncağı” adlı müxalif siyasi hərəkatın sədri Qaregin Çukazyan və onun müavini Varujan Avetisyan, habelə “əlahiddə Şuşa batalyonu”nun veteranları Armen Lambaryan və Pavel Manukyan çıxış ediblər. Onlar İrəvanda keçirdikləri mətbuat konfransında deyiblər ki, başlarına 1000 nəfərə yaxın könüllü toplayıblar və müdafiə naziri Seyran Ohanyanın qadağa qoymasına baxmayaraq Qarabağda hücuma keçib itirilmiş əraziləri geri qaytarmaq niyyətindədirlər.

Keçmiş səhra komandirləri xəbərdarlıq ediblər ki, əgər hakimiyyət onların bu niyyətinə mane olmağa çalışsa silahlı müqavimətlə qarşılaşacaq.

Habelə Qaregin Çukazyan deyib ki, Serj Sərkisyan 5 rayonun qaytarlmasının mümkünlüyü haqda danışıb. “Bax o zaman biz silahlı qiyama qalxacağıq” o xəbərdarlıq edib.

Qeyd edək ki, bu günlərdə “Şuşa batalyonu”nun komandiri olmuş radikal müxalifətçi Jirayr Səfilyan və bir neçə tərəfdarı silahlı çevriliş cəhdi ittihamı ilə həbs olunublar. Səfilyan və tərəfdarları aprel döyüşlərində itirilmiş əraziləri geri qaytarmaq üçün döyüşə çağırırdılar. Habelə onlar prezident Serj Sərkisyanı, müdafiə naziri Seyran Ohanyanı “Qarabağı təslim etmək planlarında” ittiham edirdilər.

Lakin Ermənistan hakimiyyətinin radikal müxalif keçmiş səhra komandirlərinin bir qismini həbs etməsini heç də sülhə və kompromislərə qarşı çıxan qüvvələri neytrallaşdırmaq məqsədi güdmür. Məsələ sadədir: Qarabağ məsələsi və erməni ordusunun apreldə verdiyi itkilər Ermənistanda hakimiyyət uğrunda mübarizədə əsas arqumentə çevrilib. 90-cı illərdə olduğu kimi indi də Ermənistanda bir çoxları inanır ki, hakimiyyətə məhz Qarabağ kartının köməyi ilə gəlmək olar. Və konstitusiyanı dəyişdirərək hakimiyyətinin ömrünü uzatmağa hazırlaşan Sərkisyan ləngimədən belələrini neytrallaşdırır.

İndi “batalyon yığıb Qarabağda hücuma keçməyə hazırlaşan” Qaregin və digərlərinin arxasında da əslində Ermənistanda hakimiyyəti ələ almaq maraqları dayanır. Əslində Qaregin Çukazyan və digər bu kimi keçmiş yaraqlı tör-töküntüləri daha ciddi qüvvənin-eks-prezident Robert Köçəryanın qabağa verdiyi “piyadalardır”. Köçəryanın yenidən hakimiyyətə qayıtmaq planları çoxdan məlumdur və o, hakimiyyəti yenidən ələ almaq naminə keçmiş səngər yoldaşı Sərkisyanın boğazını üzməyə də hazırdır. Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayanın Moskvadan qayıdıb hakimiyyətə qarşı məhz aprel döyüşlərinin nəticələri üzərindən hücuma keçməsinin arxasında da Köçəryanın dayandığı təxmin edilir.

Qaregin Çukazyana gəldikdə isə bir neçə il əvvəl Ermənitstan parlamentinin hakim partiyadan deputatı, oliqarx, “nemes Rubo” ləqəbli Ruben Ayrapetyan onu “Köçəryanın iti” adlandırmışdı. İrəvanda Ayrapetyana məxsus restoranda mayor rütbəli hərbi həkimi oliqarxın mühafizəçiləri döyüb öldürmüşdülər və Çukazyan da daxil olmaqla bir sıra müxaliflər buna etiraz olaraq “nemes”in evinin qabağında aksiyalar təşkil etmişdilər. Ayrapetyan isə mətbuat vasitəsilə onu hədələyib demişdi: “Bu Qaregin Çukazyan kimdir axı? Köçəryanın iti. İndi görün mən onun başına nə oyun açacağam, gəlib it kimi mənim ayaqqabılarımı yalayacaq”.

Sərkisyana qarşı silahlı qiyamla hədələyən təkcə Çukazyan və digərləri deyil. Qondarma “DQR”in keçmiş “xarici işlər naziri” Arman Melikyan da mətbuata müsahibəsində “ordunu və xalqı qiyama hazır olmağa” çağırıb. Melikyana görə Sərkisyan torpaqları verməyə razılaşsa ordu xalqın dəstəyi ilə ona qarşı qiyam qaldırmalıdır…

Beləliklə, Ermənistanda hakimiyyətin özü kimi ona qarşı çıxan qüvvələr də kriminal elementlərdən, 90-cı illərin əvvəllərində Qarabağda dişləri qana batan başıpozuq yaraqlı tör-töküntülərindən ibarətdir.

Həmçinin oxuyun

“Saatlının başçısını 11 km kənara göndərməyi də islahat adlandırırlar…”

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini ixtisarla təqdim edirik: – Prezident …

Bir cavab yazın