Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Müsahibə / Həmsədrlər monitorinq aparanda ermənilər atəş açdı

Həmsədrlər monitorinq aparanda ermənilər atəş açdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.

Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.

Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.

virtualaz.org

Həmçinin oxuyun

20 qəpiklə işə başladı, indi iki şirkət sahibidir (FOTOLAR)

Adil Abdullayev: “Təcrübə qazanmaq, müəyyən reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik” Öz işini qurub müəyyən …

Bir cavab yazın