Ana səhifə / Siyasət / Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb.

Azinforum.az AzNews.az-a istinadən xəbər verir ki, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində “Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan balarda hazırda heç bir tikinti işləri aparılmır.

Qeyd edək ki, yalnız Beynəlxalq Bankla işləyən “Kristal” tikinti şirkətinin MTN-in keçmiş rəhbəri Eldar Mahmudova məxsusluğu bildirilirdi. Bu şirkət Bakının müxtəlif ərazilərində bahalı hündürmərtəbələr tikirdi.


Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın