Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Müsahibə / Erməni silahlı bölmələri atəşkəs rejimini 24 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 24 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Çıraqlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“”Beşinci kolon”müqavimət göstərmək fikrində olsa da, heç nəyə nail ola bilməyəcəklər”

Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən …

Bir cavab yazın