Bazar , Yanvar 17 2021
Ana səhifə / Müsahibə / Cəbhədə şəhid olan zabitimiz: nişanlı idi, toya hazırlaşırdı (FOTOLAR)

Cəbhədə şəhid olan zabitimiz: nişanlı idi, toya hazırlaşırdı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.
Musavat.com şəhid zabitimizlə bağlı məlumatlar əldə edib. Leytenant Qalib Zülfüqarlı Lənkəran rayonundandır. Onun atası da hərbçi olub. Qalib Zülfüqarlı nişanlı imiş və evlənməyə hazırlaşırmış.
Qeyd edək ki, şəhidlərin cənazələri artıq ailələrinə təhvil verilib. Onlar bu gün torpağa tapşırılacaqlar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Musavat.com

Həmçinin oxuyun

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, …

Bir cavab yazın