Şənbə , İyul 20 2019
Ana səhifə / Müsahibə / Cəbhədə nə baş verir? – Rəsmi məlumat

Cəbhədə nə baş verir? – Rəsmi məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (21 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı…”

Son günlər Ermənistan ordusunun həm dövlət sərhədimiz, həm də işğal altında saxladığı torpaqlarımızla təmas xəttində …

Bir cavab yazın