Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Müsahibə / Azərbaycan hərbçilərinin də iştirak etdiyi Efes-2016 təlimlərində “cəhənnəm mənzərələri”

Azərbaycan hərbçilərinin də iştirak etdiyi Efes-2016 təlimlərində “cəhənnəm mənzərələri”

Türkiyənin İzmir bölgəsində Azərbaycan hərbçilərinin də iştirak etdiyi, müdafiə naziri Zakir Həsənovun izlədiyi Efes-2016 beynəlxalq hərbi təlimlərinin gecə mərhələsi keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Doğanbey poliqonunda keçirilən təlimlərin bu mərhələsində sutkanın qaranlıq vaxtlarında yerüstü hədəflərə havadan və qurudan zərbələr endirilməsi, sahilə desant çıxarılması vəzifələri yerinə yetirilib. Təlimlərin gündüz mərhələsində olduğu kimi gecə mərhələsində də döyüş başlıqlı raketlər və mərmilər istifadə olunub.

Təlimləri Azərbaycan müdafiə naziri Zakir Həsənovla yanaşı Səudiyyə Ərəbistanı, Qətər, Ukrayna silahlı qüvvələrinin baş qəragah rəisləri, Polşa silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general Ben Hoces, Pakistan quru qoşunlarının komandanı və digərləri də daxil olmaqla 79 ölkədən 255 müşahidəçi izləyib. 7500 hərbçinin iştirak etdiyi təlimlərə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları da qatılıb.

Təlimlərin gecə mərhələsində Türkiyə Hərbi Hava Qüvvələrinin S-70 Sikorsky nəqliyyat vertolyotları raketləri müəyyən edilmiş nöqtələrə daşıyıb. Desant gəmiləri ilə sahilə çıxarılan xüsusi təyinatlılar tankların köməyi ilə hücuma keçib və müəyyən edilmiş hədəfləri döyüş mərmiləri ilə vurub.

Ardınca Səudiyyə Ərəbistanının iki F-15 qırıcısının da iştirakı ilə müttəfiq qüvvələrin hava gücü hücuma dəstək verib, yerüstü hədəflərə döyüş başlıqlı raketlərə zərbələr endirilib.  Təlimlərin növbəti mərhələsində Azərbaycan, Türkiyə Qətər, Səudiyyə Ərəbistanı və Polşadan olan snayperlər müəyyən edilmiş hədəfləri zərərsizləşdirib.

 

Həmçinin oxuyun

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, …

Bir cavab yazın