Cümə , Yanvar 22 2021
Ana səhifə / Müsahibə / ATƏT-in Minsk Qrupundan Qarabağ problemi ilə bağlı BƏYANAT

ATƏT-in Minsk Qrupundan Qarabağ problemi ilə bağlı BƏYANAT

ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in

Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.

APA-nın məlumatına görə, bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün  tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.

Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs  rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər: “Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam etdiklərini də vurğulayıblar.

Həmçinin oxuyun

Vəfa Rəşidova: “Qazimizin intiharı bizim üçün SOS siqnalı olmalı idi, amma…”

Müharibənin fəsadları, itkilər və pandemiyanın hələ də davam etməsi toplumun psixologiyasına ciddi təsir göstərir. Bunun …

Bir cavab yazın