Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Yol polisindən daha bir «avtoş» oyunu – “Gələrsən, həll edərik” – FOTO

Yol polisindən daha bir «avtoş» oyunu – “Gələrsən, həll edərik” – FOTO

Sürücünün boynuna qoyurlar ki, tanımadığı sürücü ilə tanışdır və yarış təşkil ediblər.

Bakıda elementar manevr qaydasını pozanları «avtoş» adı ilə tutmaqda ad çıxarmış Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları daha bir yeniliyə imza atıblar. Avtosfer.az-a müraciət edən «Porsche» markalı, 34 BF 034 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Aqşin Əliyev bildirib ki, oktyabrın 29-da, saat 20:20 radələrində idarə etdiyi «Porsche Panamera» markalı avtomobillə «Bulvar» otelin giriş qapısında avtomaşını park üçün parkinq xidmətinə təqdim edərkən Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus 99 YP 270 dövlət nömrə nişanlı DYP avtomobilidə xidmət aparan polislər ona yaxınlaşıb: «Onlar avtomobili təhvil vərməyimi və otelin ərazisindən çıxmağımı tələb etdilər. Mən də vətəndaş olaraq polisin göstərişinə əməl edib avtomobili otel ərazisindən çıxardım və polisə yaxınlaşaraq saxlama səbəbi ilə maraqlandım. DYP inspektoru mənə Neftçilər prospektində «Lada Priora» markali, 47 BE 070 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yarış keçirdiyimi dedi və avtoxuliqanlıqda itdiham etdi. Daha sonra polis əməkdaşı söhbət əsnasında həmin avtomobili idarə edən sürücü ilə tanış olduğumu və hətta onun da bizi tanıdığını, birlikdə yarış keçirdiyimizi bildirdi. Mən deyilənlərə etiraz edərək o maşını və sürücünü tanımadığımı, bu gün və ya bu günə qədər heç vaxt insan həyatına təhlükə yarada biləcək heç bir hərəkət etmədiyimi və nümunəvi sürücü kimi qaydalara riayət etdiyimi, 5 illik sürücülük stajim olduğunu, ehtiyac varsa sürücülük keçmişimə baxılmasını bildirdim. DYP inspektoru isə mülkü polis tərəfindən təqib olunduğumu və onların məlumatı əsasında məni saxladığını bildirdi. Mən görüntü tələb etdim, onlar isə əgər tabe olmursamsa post patrul xidməti çağıracağını bildirdi. Mən qanunlara tabe olaraq buna ehtiyac olmadığını və tabe olub huquqi yolla məsələnin araşdırılmasının tərəfdarı olduğumu bildirdim. Heç bir esas göstərmədən (kamera görüntüsü və s.) avtomobilimi «Cavanşir» körpüsünün yaxınlığındakı cərimə meydançasına apardı. Mən inspektora maşının duracağa yerləşdirilməsi ilə bağlı akt və protokol təqdim etməli olduğunu bildirdim. Lakin DYP əməkdaşı öz avtomobilinin yan şüşəsini aşağı endirərək “sabah Nəsimi DYP İdarəsinə yaxınlaş, həll edərik” deyib şüşənini qaldıraraq çıxıb getdi».

Sürücü məsələ ilə bağlı DİN-in 102 xidmətinə məlumat verib. Oradan isə bildirilib ki, oktyabrın 30-da Nəsimi Rayon Polis İdarəsindən onunla elaqə saxlayacaqlar və yazılı şikayət ərizəsi vermək üçün idarəyə dəvət edəcəklər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın