Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir

Bu gün Moldovada prezident seçkiləri keçirilir.

RİA Novosti-nin verdiyi məlumata görə, son 16 ildə ilk dəfə dövlət başçısı ümumxalq səsverməsi ilə 4 il müddətinə seçiləcək. Bundan əvvəl prezident parlamentdə seçilib.

Səsvermə məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da bağlanacaq.

Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsinin, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın