Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Yeni Günəşli qəsəbəsi zibillik içində batır – VİDEO, FOTOLAR

Yeni Günəşli qəsəbəsi zibillik içində batır – VİDEO, FOTOLAR

Yeni Günəşli qəsəbəsi, S.Mehmandarov küçəsi boyunca yolların kənarına tökülmüş zibilliklər həmin ərazidə yaşayan sakinlər üçün xəstəlik mənbəyinə çevrilib. Burada yaşayan insanlar bir udum təmiz havaya möhtac qalıblar. 
Bu barədə musavat.com-a danışan Yeni Günəşli sakinləri bildiriblər ki, yaşadıqları binanın ətrafına tökülən tullantıların üfunət iyindən, həşəratların əlindən evdə yaşamaq mümkün deyil: “Hər gün binamızın yaxınlığında yolun kənarına atılan zibilləri yandırırlar. Təsəvvür edin ki, həmin üfunət iyindən evdə dura bilmirik. Qurban bayramında yaxınlıqda heyvan kəsirdilər, içalatlarını gətirib, binamızın yanındakı zibilliyə atırdılar. Həmin dəhşətli qoxu hələ də çəkilməyib. Həyətə düşməyə, bir neçə dəqiqə açıq havada durmağa peşman olmuşuq”.
Sakinlər Köhnə və Yeni Günəşli qəsəbələri arasında fəaliyyət göstərən qum zavodunun fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsindən də narazıdırlar: “İllərdir ki, toz-torpaq içərisində yaşayırıq. Qum emalı zamanı külək tozu evimizin içinə kimi gətirir. Eyvandan paltar asa bilmirik”.
Çəkiliş zamanı biz də zavoddan çıxan tullantıların yük maşınları ilə gətirilib, yaşayış binalarının yaxınlığındakı təpələrin üstünə boşaldıldığının şahidi olduq.
Sakinlər deyirlər ki, zavodların bu tərzdə fəlaiyyət göstərməsi qəsəbəni yaşanmaz hala salır: “Gecə vaxtı zibil maşınları kənar yerlərdən gəlib, zibilləri dərədən üzüaşağı çökəkliyə boşaldırlar”.
Bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova musavat.com-a açıqlama verib. Nazirlik rəsmisi ərazinin necə zibilliyə çevrilməsi ilə bağlı danışıb:“Əməkdaşlarımız dəfələrlə həmin əraziyə tullantı atanları cərmələyiblər. Hazırda da bu işləri davam etdiririk. Ətraf mühiti çirkləndirənlər nazirlik tərəfindən cərimələnəcəklər”.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 



























Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın