Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / “Yeni Bakı” sakinləri dövlət başçısına müraciət etdi – PROBLEM

“Yeni Bakı” sakinləri dövlət başçısına müraciət etdi – PROBLEM

Masazırda yerləşən “Yeni Bakı” yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Onlarla sakinin imzaladığı məktubun surəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Respublikanın baş prokuroru Zakir Qaralova, DİN başçısı Ramil Usubova, vergilər naziri Fazil Məmmədova və iqtisadiyyat naziri Şahin Mustafayevə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə,  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayevə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova, eləcə də ombudsman Elmira Süleymanovaya göndərilib.

Həmin məktubun mətnini  oxuculara təqdim edirik: “Bu müraciəti etməyimizə səbəb səbr kasamızın daşmasıdır. Sizin vətəndaşları incidən məmur özbaşınalığına qarşı mütəmadi şəkildə atdığınız qətiyyətli addımlar bizi bu məktubu yazmağa cəsarətləndirdi. Biz – Abşeron rayonu Masazır qəsəbəsindəki “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri “İlin Dörd Fəsli” MMC-dən (İDF) müxtəlif vaxtlarda mənzil almışıq. İDF MMC 8 fevral 2000-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Qanuni təmsilçisi Hüseynov Elnur Fəxrəddin oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 593-dür.

Möhtərəm dövlət başçısı!

 Bəhs olunan ünvanda mənzil aldıqdan sonra problemlərimiz də günbəgün artmaqdadır. Sizin 2009-cu ildə fiziki şəxslərə sayğacların pulsuz paylanması barədə sərəncamınız olduğu halda, bizim mənzillərimizə hələ də “Azərişıq” ASC tərəfindən fərdi abonent kimi qeydiyyatdan keçmiş işıq sayğacları verilməyib. Nəticədə mənzillərə “İlin Dörd Fəsli” MMC-nin rəsmi qeydiyyatdan keçməmiş işıq sayğacları qoyulub. İDF isə bu vəziyyətdən məharətlə istifadə edərək, sakinləri hər ay kommunal ödənişləri ödəmədiyi təqdirdə mənzillərin işıqlarını dayandırmaqla təhdid edir və mənzillərin işıqları kəsilir.

“Azərişıq”a şikayət edib problemimizi bildirsək də, heç bir tədbir görmür və ya cavabı belə olur: “Sizin kompleks bizdə qeydiyyatda olmadığı üçün bu məsələyə baxa bilmərik!” Onu da qeyd edək ki, sakinlər olaraq, eyni problemi su təchizatı ilə bağlı məsələdə də yaşayırıq. Su sayğaclarımız da “Azərsu” tərəfindən qeydiyyata alınmayıb. Bundan başqa, İDF MMC “Yeni Bakı” yaşayış kompleksindəki mənzillərin hər m2 görə 40 qəpik (2014-ci ildən əvvəl 28 qəpik idi), qeyri-yaşayış sahələrindən hər m2 görə 80 qəpik pul tələb edir. (Halbuki yaxınlığımızdakı yaşayış komplekslərində bu məbləğ 20 qəpikdən artıq deyil) Məbləğ yüksək olduğundan sakinlər bu pulu ödəmək imkanları olmadığını bildirdiklərində isə onlar təhdid olunur, bu soyuq günlərdə ailə başçıları işdə olarkən işıqlar İDF MMC-nin yerli nümayəndələri tərəfindən qeyri-qanuni olaraq kəsilir, evlər işıqsız qalır. Axı bu qeyri-qanuni kommunal ödənişlərinin işıqla hansı əlaqəsi var?

Bir məsələni də xüsusilə vurğulayaq ki, kommunal ödənişlər 5 ildən artıqdır İDF MMC tərəfindən yığılır və bunun müqabilində qəbz adı altında VÖEN-siz kağız parçaları verilir. Ona görə də, indiyə qədər ödədiyimiz kommunal haqların “Azərişıq” və “Azərsu”nun hesabına oturub-oturmadığından əmin deyilik. İDF MMC-nin isə biz sakinlərə verdikləri VÖEN-siz kağız parçaları dövlətimizin büdcəsinə daxilolmaların açıq-aşkar mənimsənilməsidir. Bu isə son illərdə dünyada gedən kəskin böhran hallarının fonunda Azərbaycan Respublikasının dövlət büdcəsinin qorunmasına nəinki bir köməklik, hətta Mənzil Tikinti Kooperativi – İDF MMC tərəfindən vurulan ağır bir zərbədir.

Bəhs olunan problemləri, özbaşınalıqları və qanunsuzluqları gördükdən sonra “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin çoxmənzilli binaların idarəedilməsi ilə bağlı müvafiq maddələrini əldə rəhbər tutaraq, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Qanunvericiliyə uyğun olaraq yaradılacaq bu Cəmiyyət sakinlərin istəyi əsasında formalaşır, çoxmənzilli binaların idarə edilməsi sakinlərin ixtiyarında olur. Şəffaflığın qoruması baxımından da vergilərin ödənilməsi və dövlət büdcəsinə mütəmadı ödənişlərin aparılamsını qətiyyətli şəkildə icra edəcəyik.

Mənzil Tikinti Kooperativindən fərqli olaraq, burada şəffaflıq təmin olunur, qeyri-qanuni ödənişlər tələb edilmir, sakinlər çoxmənzilli binanın idarəedilməsində birbaşa iştirak edirlər! Ancaq təəssüflər olsun ki, İDF MMC-nin kompleksin idarəetməsini həyata keçirən komendantlıq işçiləri bizə konstitusion hüququmuzu həyata keçirməyə – MMMC təsis etməyimizə ən müxtəlif yollarla mane olurlar. Belə olan halda isə İDF-MMC qanunsuz pulların yığılması yolu ilə vergidən yayınmasına və əsassız varlanmasına, dövlətimizin büdcəsinin talan olunmasına gətirib çıxarır.

Hörmətli İlham Əliyev cənabları!

Biz dövlətimizə, onun Prezidentinə inanır, onun siyasi kursunun dəstəkləməklə Azərbaycanımızın rifah halının yüksəlməsinə nail olmaq üçün prezidentimizin yanındayıq. Sizin daim məmur özbaşınalığına qarşı sərt mövqe nümayiş etdirməyiniz sadə xalq tərəfindən hər zaman rəğbətlə qarşılanır və alqışlanaraq dəstəkləyirik. Yuxarıda sadaladığımız problemlərin həlli, xüsusilə də kommunal ödənişlərimizi rəsmi şəkildə həyata keçirməyimiz və qanuni sayğaclarla təmin olunmağımız üçün bizə prezident tapşırığının verilməsi istiqamətində kömək etməyinizi Sizdən xahiş edirik.

Cənab Prezident!

Şikayət ərizəmizdə sadaladığımız faktlarla bağlı, “İlid Dörd Fəsli” MMC şirkəti tərəfindən biz sakinlərin normal yaşamasına törədilən əngəllərin və işbaz yanaşmaların qarşısının alınması istiqamətində köməklik göstərəcəyinizə inanırıq.

Hörmətlə,

Məmmədov Vasif Siyasət oğlu

Hüseynov Emin Sənan oğlu

Pənahlı Natiq Zəkəriyyə oğlu

Əliyev Əmiralı Qadir oğlu

Səmədov Səməd Mirəli oğlu

Əmrahov Ziyad Cümşüd oğlu

Tahirova Yeganə Məmmədağa qızı

Tağızadə Bəhruz Oktay oğlu

Məhərrəmov Rafiq Məhəmməd oğlu

Əhmədova Züleyxa Əhməd qızı

Abbasov Elməddin Cavid oğlu

Nəsirov Vasif Sabir oğlu

Asif Ağabalazadə Yaqub oğlu

Orucov Azər Ələsgər oğlu

Məmmədov Elmar Eldar oğlu

Kərimli Nurlan Mahir oğlu

Şirinov Yusif Səfər oğlu

Xudiyev Tural Türkan oğlu

Vəliyev Dəyanət Mirzəxan oğlu

Musayev Cavid Hacı oğlu

Əliyev Sənan Fikrət oğlu

Ələkbərova Töhfə Allahyar qızı

Salamova Nazilə Əbubəkir qızı

Mustafayev Elsevər Bəşir oğlu

Qənbərov Siyavuş Adil oğlu

Abbasov Yaşar Həsənxan oğlu

Hümbətov Röyal Hikmət oğlu

Rəhimova Nailə Sahib qızı

Atabəyli Fidan Eyyub qızı

Hüseynov Ceyhun Ələkbər oğlu

Və başqa “Yeni Bakı” sakinləri”.
Legion.az

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın