Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / YARDIMLIDA RƏZALƏT! İCRA BAŞÇI “FINDIQ TİNGLƏRİ ALIRIQ” ADI ALTINDA PUL YIĞDIRIR!

YARDIMLIDA RƏZALƏT! İCRA BAŞÇI “FINDIQ TİNGLƏRİ ALIRIQ” ADI ALTINDA PUL YIĞDIRIR!

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov idarə və təşkilatlarda çalışan şəxslərin 1 aylıq əmək haqqlarına əl qoydu.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, bu günlərdə Ayaz Əsgərovun tapşırığı ilə idarə və müəssisə rəhbərlərinə bildirilib ki, işçilərin bir aylıq vəzifə maaşlarından və ya birdəfəlik mükafatlarından pul tutulsun.
Belə bir tapşırığın Prezident Administrasiyasından gəldiyini bildirən icra hakimiyyətinin rəsmiləri bildiriblər ki, yığılan pula fındıq tingləri alınacaq. Guya fındıq bağları salmaq istəyirlər.
Üstəlik belə bir şərt qoyulub ki, pulu verməyən işçilər işdən azad olunacaq. Hər kəsi qoxudurlar ki, bu tapşırığa ciddi əməl olunmalıdır.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, rayonda təhsil, səhiyyə mədəniyyət işçilərinin hər birindən artıq 43 manatdan pul yığımına start verilib.
Bu hələ hamısı deyil. Kənd icra nümayəndələrinə tapşırılıb ki, pul yığın, əks təqdirdə 4000 min manatı öz cibinizdən verəcəksiniz. Və pulu verməyən şəxsin adını qeyd edin ki, işdən qovmaq üçün əsas olsun. İcra nümayəndələri dövlət müəssisələrindən çalışan şəxslərin qapısına kənd sakinlərindən döndərib pulu tələb edir.
Bizimxeber.az-a şikayət edənlər bu pulun yığılması ilə bağlı olan bu biabırçı tapşırığın doğrudan da, Administrasiyadan gəldiyinə inanmır və faktın işıqlandırılmasını istyirlər. Vətəndaşlar bildirir ki, bu Ayaz Əsgərovun pul yığmaq üçün növbəti bir gedişidir ki, dövlətin adından istifadə edir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Prezident Administrasiyası ilə bu məlumata aydınlıq gətirməyə çalışacağıq.

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın