Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Yaralı tələbələrdən birinin vəziyyəti ağırdır

Yaralı tələbələrdən birinin vəziyyəti ağırdır

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan 14 tələbən 5-i evə buraxılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 9 tələbə müayinə olunur.

“Müəyyən müayinələrdən sonra onlardan bir neçəsinin evə buraxılacağı gözlənilir Sumqayıtla yanaşı 1 saylı Kliniki Tibbi Mərkəzdə üç tələbə həkim nəzarətindədir. Onlardan ikisi oğlan, biri qızdır. Tələbə Lalə Nəsirzadənin vəziyyəti ağırdır. O, hazırda komadadır”.

Qeyd edək ki, ötən gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın