Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Xarici jurnalistlər Gəncədə erməni terroru ilə bağlı məlumatlandırılıblar

Xarici jurnalistlər Gəncədə erməni terroru ilə bağlı məlumatlandırılıblar

Pakistanın və Yaponiyanın nüfuzlu media qurumlarının nümayəndələri noyabrın 7-də Gəncə şəhərinə səfər ediblər.

Onlar Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olanların xatirəsinə ehtiramlarını bildirib və əraziyə güllər qoyublar.

Məlumat verilib ki, ötən il Vətən müharibəsi zamanı düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, media nümayəndələrinin Gəncəyə səfəri “Qlobal Media”nın təşkilatçılığı ilə həyata keçirilib.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …