Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Belə ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə Sven Heinle ilə güləşəcək.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov – Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Rüfət İsmayılov – Abderahman Diao (Seneqal)

1/4 final. Rüfət İsmayılov – Beka Gvinaşvili (Gürcüstan)

Təsəlliverici görüş: Rüfət İsmayılov – Erlan Şerov (Qırğızıstan)

1/8 final. Vüqar Talıbov – Nemanya Maydov (Serbiya)

1/4 final. Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)

Təsəlliverici görüş: Vüqar Talıbov – Goki Tajima (Yaponiya)

1/8 final. Məmmədəli Mehdiyev – Con Jayne (ABŞ)

1/4 final. Məmmədəli Mehdiyev – Goki Tajima (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev – Luka Maysuradze (Gürcüstan)

100 kq

1/8 final. Adil Kərimli – Yan Rayder (Kanada)

1/4 final. Adil Kərimli – Şadi Elnahas (Kanada)

Təsəlliverici görüş. Adil Kərimli – Zlatko Kumriç (Xorvatiya)

Bürünc medal uğrunda görüş: Adil Kərimli – Onise Seneblidze (Gürcüstan)

1/8 final. Kənan Abdullaxanlı – Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov – Tyaqo Palmini (Braziliya)

1/4 final. Uşangi Kokauri – Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi

Təsəlli verici görüş: Uşangi Kokauri – Cemal Erdoğan (Türkiyə)

Bürünc medal uğrunda görüş: Uşangi Kokauri

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqənın bağlanış mərasimi saat 17:00-da başlayacaq./Report

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …