Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Xanımlar əlillərə görə işdən qalmayacaqlar – DÖVLƏT DƏSTƏYİ

Xanımlar əlillərə görə işdən qalmayacaqlar – DÖVLƏT DƏSTƏYİ

Evdə əlili və ya xəstə uşağı olan ailələr dövlətdən daha bir yardım alacaqlar. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda günərzi xidmətlərinə başlayıb.
Günərzi xidməti ayrı-ayrı rayonlarda yaradılmış günərzi mərkəzlərində həyata keçiriləcək. Nazirliyin sifarişi ilə ixtisaslaşmış təşkilatlar bu mərkəzlərdə əlillərə və xəstə uşaqlara sosial və reabilitasiya xidmətləri göstərəcəklər. Məqsəd evdə əlili və ya xəstə uşağı olan ailələrə dəstək verməkdir. Məsələ bundadır ki, əksər hallarda belə ailələrdə əlil və ya xəstə uşalara onların yaxınları və valideynləri qulluq edirlər. Bu isə həmin şəxslərin işləməsinə mane olur. Bu problemi həll etmək üçün günərzi mərkəzləri işə düşüb. Bu mərkəzlərdə əlillər və xəstə uşaqlar iş gününün sonanədək qulluqla təmin olunur, axşam isə yaxınları tərəfindən evə aparılır. Mərkəzlərdə həmin şəxslərlə bağlı müxtəlif proqramlar nəzərdə tutulub. Belə ki, burada 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və xəstə uşaqların “Portec” metodikası ilə sosial reabilitasiyası həyata keçirilir. Həmçinin bu uşaqlar və əlillər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlara qatılmasına şərait yaradılması da nəzərdə tutulub.
Görmə imkanları məhdud olan uşaqlara xüsusi proqramlar vasitəsilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların surdoloji xidmətlərlə təmin olunması da planlar sırasındadır.
Ötən ildə nazirliyin sosial sifarişlər əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunub. Fins.az

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın