Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Media / Xaçmazın icra başçısı çimərliyi bir Sergeyə peşkəş edib… – VİDEO

Xaçmazın icra başçısı çimərliyi bir Sergeyə peşkəş edib… – VİDEO

İsti yay günlərində Xəzər dənizinin Xaçmaz rayonunun Nabran ərazisinə gəlib suya baş vurmaq istəyənlərə xəbərimiz var.

DİA.AZ bildirir ki, Xəzər dənizinin Müqtədir ərazisindəki çimərliklərin birinə giriş avtomobillə giriş pulludur. Bunu həmin ərazidə ailəsi ilə dincəlməyə gedən Xaçmazın Balaqusarqışlaq kənd sakini Rəşad Ağaşirinov İstiPress-in şimal müxbirinə məlumat verib və telefonla çəkdiyi çəkilişi bizə təqdim edib.

Videoda həmin çimərliyə nəzarət edən 1 nəfərin avtomobillə girişə görə pul aldığı, mübahisə etdikləri görünür. Müqtədir qəsəbə sakini olan həmin nəzarətçi mübahisə edənlərə pulu ərazidə təmizlik işləri üçün yığdığını, amma əraziyə “baxaq” deyən şikayətçilərin onunla birgə əraziyə baxış keçirib çimərliyin zibillik olmasını da göstərməsi də videoda əksini tapıb.

Müqtədir qəsəbə sakini olan həmin nəzarətçi ilə – Sergey Yudinlə telefon əlaqəsi zamanı o həqiqətən çimərliyə daxil olan avtomobillərdən bir manat pul aldığını təsdiqləyərək çimərlikdə təmizlik aparmaq üçün bu vəsaiti topladığını, kasıb adam olduğunu söylədi. Hər halda, onun bu sözlərini səmimi qarşılamadıq.

Çox güman ki, kasıb olduğunu deyən Sergey Yudin bu işi özbaşına etmir, arxasında duran kimsə var. Bu kimsənin Müqtədir qəsəbə bələdiyyəsinin sədri olduğu deyilir.

Müqtədir qəsəbəsinin sədri Cəfər müəllim həmin ərazinin dövlət torpağı olduğunu, bu işlə icra nümayəndəsi Rahil Mahmudovun məşğul olduğunu söylədi. Xaçmaz icra başçısının Müqtədir İƏD üzrə nümayəndəsi Rahil Mahmudov bildirdi ki, bu çimərliklə bağlı heç bir maddi maraqları yoxdur, ola da bilməz. Yetim oğlan olan Sergey Yudinə həmin yer həvalə olunub ki, həm ərazini təmiz saxlasın, həm də dolanışığı üçün içəri daxil olan avtomobillərin imkanı olanlardan pul yığıb dolansın. Heç kimdən də məcburən pul istənilmir, kim istəyirsə, verir. Bu, yalnız onun dolanmağı üçündür, icra başçısı heç kimi olmadığına görə Sergeyə ev də verib. Göstərilən kömək bizim rus millətindən olan sakinimizə qayğımızdan başqa bir şey deyil.

 

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın