Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Xərçəng xəstəsi qadını və xəstə oğlunu pis vəziyyətə saldılar – Bakıda QƏDDARLIQ (VİDEO)

Xərçəng xəstəsi qadını və xəstə oğlunu pis vəziyyətə saldılar – Bakıda QƏDDARLIQ (VİDEO)

“Bıçaqla başlarını kəsiblər”

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 12 baş iribuynuzlu heyvan oğurlanıb. Nəticədə vətəndaşa külli miqdarda ziyan dəyib.
ARB TV xəbər verir ki, əslən Qobustan rayonundan olan Bənövşə Mirzəliyevanın Bakıda yaratdığı təsərrüfatdan 12 baş iribuynuzlu heyvan oğurlanıb. Hadisədən səhər saatlarında xəbər tutan qadın dərhal Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşa 35 mindən çox ziyan dəyib.
Bənövşə xanım deyir ki, 1 il bundan öncə ona məxsus 30-dan çox qoyun da oğurlanıb. Ən dəhşətlisi isə odur ki, xərçəng xəstəliyindən əziyyət çəkən qadının himayəsində əqli cəhətdən problemi olan övladı da var və onların tək qazanc yeri həmin heyvanlar olub.
“Oturduğumuz yer bir az şəraitsizdir. Xəstə oğlumun da bir uşağı var, onunla məşğul idim. 2 və 6 arası baxmışdım dama. 6-da bir də getdim gördüm ki, yoxdur heç nə. Bıçaqla kəndirlərin başlarını kəsiblər, yığışdırıb aparıblar” deyə zərərçəkən Bənövşə Mirzəliyeva bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın