Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Vətəndaşlar daha bir arayışı elektron qaydada əldə edə biləcək

Vətəndaşlar daha bir arayışı elektron qaydada əldə edə biləcək

Artıq “su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayışı elektron şəkildə əldə etmək mümkün olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən arayışı “Elektron hökumət” portalında “Azərsu” ASC-nin elektron xidmətləri arasından əldə etmək mümkündür.

Bunun üçün portala istifadəçi adı/şifrə və ya elektron imza kartı vasitəsilə daxil olub “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-nin xidmətləri arasından “su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayışı seçmək və abonent kodunu daxil edərək müvafiq elektron formanı doldurmaq lazımdır.

Arayış üçün müraciət edən şəxs aşağıda əks olunan məlumatları daxil etməlidir:

Şəxsiyyət vəsiqəsinin FİN kodu;
Telefon nömrəsi;
Elektron poçt ünvan.
Müraciətə,
obyekt sizin mülkiyyətinizdədirsə, bunu təsdiq edən sənədin sürətini;
obyekti icarəyə götürmüsünüzsə icarə müqaviləsinin sürətini əlavə edib, prosesi tamamlayın.

Müraciət bir neçə gün ərzində “Azərsu” ASC tərəfindən dəyərləndirilir, nəticə elektron poçt vasitəsilə vətəndaşa göndərilir.
Bu müddət ərzində vətəndaş müraciətin vəziyyətini izləyə də bilir.

Belə ki, müvafiq müraciətin mərhələli statusu xidmətin “göndərilən müraciət” bölməsində “baxılır”, “təsdiqləndi” kimi göstərilir. Müraciət təsdiqləndikdə eyni bölmədə “çap edin” düyməsi aktiv olunur.

Hüquqi sənəd olan arayışlar subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi bir çox fəaliyyət sahələrində tətbiq olunur.

Bu gün “Elektron hökumət” portalı vasitəsilə təqdim olunan 13 adda arayış bütün vətəndaşların, xüsusən də biznes sahiblərinin işini sadələşdirir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın