Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan cüdoçusu olimpiadada yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu olimpiadada yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib.

Qeyd edək ki, yarımfinalda Orxan Səfərovun rəqibi Yeldoş Smetov (Qazaxıstan) olacaq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın