Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Uşaq yeməkləri təhlükə saçır – Həkimlərin fırıldağı

Uşaq yeməkləri təhlükə saçır – Həkimlərin fırıldağı

“Azərbaycanda pediatrların süni qida şirkətləri ilə işbirliyi var. Bəzi həkimlər bu səbəbdən körpələrə ana südü əvəzinə, süni qidaları məsləhət görürlər. Nəticədə ana südü ilə qidalanan körpələrin sayı getdikcə artır”.

Bunu AzVision.az-a Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahədə ciddi problemlər var. “Körpələrin qidalanmasına dair qanun və Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmzirməyə dair kodeksi var. Bütün bunlara baxmayaraq, pediatrlarla süni qida distributorlarının ciddi əlaqəsi var. Şirkətlər pediatrları maliyyələşdirir və onların vasitəsilə öz məhsullarını satırlar.

Rəsmi məlumatlarda 50 faiz qeyd edilsə də apardığımız tədqiqatlara görə ana südü ilə əmzirmə Azərbaycanda 40 faizdən yuxarı deyil. Ciddi problemlərdən biri budur ki, Azərbaycanda süni qidanı mükəmməl ekspertiza edən labarotiya yoxdur. Təhlükəsizliklə bağlı yalnız gigiyenik sertifikat verilir. Körpə qidaları mürəkkəb məhsul olduğundan onların ekspertizası mütləq lazımdır”.

E.Hüseynovun fikrincə, pediatrlar ana südündən çox körpəni süni qida ilə qidalandırmağı analara tövsiyyə edirlər. “Analar doğum evlərindən çıxan kimi onlara zənglər gəlir və körpələrə süni qidalar təklif olunur. Təəssüf ki, Azad İstehlakçılar Birliyi pediatrlarla süni qida distributorlarının əlaqələrini ifşa edə bilməyib. Biz buna çalışırıq. Süni qidalardan çox istifadə onların qiymətlərinin artmasına gətirib çıxarır.

Lakin ana südü ilə əmzirməyə dair Beynəlxalq Təşkilatdan (İBFAN) daha çox “Nestle” firmasının süni qidalarına dair məktublar gəlir və bu qidanın uşaqlar üçün arzuolunmaz olduğu bildirilir. Təşkilat insanları “Nestle” süni qidalarını boykot etməyə çağırır, bununla bağlı oktyabrın 28-dən noyabrın 4-dək kampaniya keçirəcək.

Körpə qidalarının bəzilərində genetik modifikasiya olunmuş komponentlər-soya yağları və soya südləri var”.

Təşkilat sədrinin sözlərinə görə pediatrlar qida distributorlarının əlaqəsi olduqca, ana südü əmzirmənin faizi aşağı olacaq. “Süni qidalarla bağlı reklam materiallarında belə ana südü ilə bağlı vacibiyyət bildirilməlidir. Amma biz bunu reklamlarda görmürük. Qidalar harada gəldi satılır. Başqa ölkələrdə bu ixtisaslaşmış yerlərdə satılır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın