Tərtərdə icra başçısı əhaliyə zülüm edir. Soyuq və xəstəlik girdabına düşənlər prezidentən kömək istəyir. Yerli sakinlərin gündəlik həyatı getdigçə pisləşir. İnsanlar sosial problemlərdən və süni bahalaşma qarşısında acız qalıb. Belə bir şikayət məktubu ilə bir qrup tərtərliBakunews.az-a müraciət edib.
Şikayətdə deyilir:
“Tərtər rayonunun icra başçısı yerli sakinlərin talehini tapşırıb rüşvətxor və səhlənkar məmurlara. Bizdə yerli məmurların özbaşınalıqlarının qurbanına çevrilmişik. Bildirək ki, Azadqaraqoyunlu kəndi neçə illərdi işıqsız və qazsız qalıb. Qış aylarında zülüm içində yaşayırıq. Neçə aylardı qaz çəkmək üçün kəndə qaz çəklişi üçün material verilsədə İcra nümayəndəsinin səhlənkarlığı üzündən hələdə kəndimizə qaz çəkilmədiyinə görə, odun yanacağından istifadə olunur. Kənd camaatının odun almağına gəldikdə isə pulu olanlar odun ala bilsələrdə, qazancı olmayanlar soyuqdan əziyyət çəkməli olurlar. Bildirək ki, rayon icra orqanında çalışan adamların monopoliyasına çevrilən odun satanlar, bilərəkdən qiymətləri süni şəkildə qaldıraraq qazancı olmayan yerli sakinləri pis vəziyyətə salırlar. Bu səbəbdən də odunun 2kv.m 80 – 90 manata satırlar. Kəndimizdə elə ailələr var ki, cörək pulunu zorla qazana bilir. Qazanılan həmin vəsait də ancaq uşaqların yeməyinə güclə çatır. Bu barədə icra başçısına dəfələrlə desək də bizə sahib çıxan tapılmayıb. Üzümüzü prezidentə tutub deyirik, kömək edin bizlərə, sizə yalvarırıq, körpələrimizi soyuqdan və xəstəlikdən əziyyət çəkməsindən qurtarın!!!…”
Qarşı tərəfi də dinləməyə hazırdı…