Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Təhsil Nazirliyindən xəbərdarlıq

Təhsil Nazirliyindən xəbərdarlıq

Bu il yanvarın 10-11-də ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.

İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın