Şənbə , Dekabr 5 2020
Ana səhifə / Media / Şimal rayonlarında ev quşlarının şübhəli tələfinə rəsmi reaksiya – Xidmət araşdırma aparıb

Şimal rayonlarında ev quşlarının şübhəli tələfinə rəsmi reaksiya – Xidmət araşdırma aparıb

Bir sıra kütləvi İnformasiya Vasitələrində Quba və Xaçmaz rayonlarında ev quşları arasında kütləvi tələfatın qeydə alınması barədə yayılan məlumata Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) reaksiya verilib.

DBNX-dən Mia.az-a daxil olan məlumata görə, yayılan məlumat əsasında Quba və Xaçmaz rayon baytarlıq idarələrinin əməkdaşları Qubanın Amsarqışlaq, Barlı, Bağbanlı, Hacıhüseyinli, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Hacıqayıb, Ərməki, Yelenovka kəndlərində, Dəvədabanı massivi və Zərdabi qəsəbəsində, həmçinin Xaçmaz rayonunun bir çox kəndlərində araşdırmalar aparıblar:

“Aparılan araşdırmalar zamanı kəndlərin heç birində ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməmişdir. Yalınız Amsarqışlaq kəndində 4-5 baş tələf olmuş və yerə basdırılmış ev quşunun cəsədi aşkar edilib.

Ərazidə profilaktik və dezinfeksiya tədbirləri, eləcə də araşdırmalar aparılmış və quşlardan müayinə üçün nümunələr götürülərək Quba zona baytarlıq laboratoriyasına göndərilmişdir. Müayinə zamanın quşlarda heç bir infeksion xəstəliyin törədicisi müəyyən olunmayıb.

Aparılan araşdırmlarla yanaşı, adları qeyd edilən ərazilərdə baytarlıq nəzarəti tədbirləri davam etdirilir”.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın