Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Şamaxı yolunda uçqun olub – VİDEO

Şamaxı yolunda uçqun olub – VİDEO

Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib. Nəticədə bəzi yerlərdə, o cümlədən Şamaxı yolunda üçqun olub

Kanal S (RegionTV) xəbər verir ki, yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.

Uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər.

Hələlik isə yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın